001.JPG
1 mart 2011

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüş

Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür.


Mehriban xanım Əliyeva YUNİSEF ilə birgə həyata keçirilən layihələrin uğurla icra olunduğunu bildirmişdir. Birgə əməkdaşlıq çərçivəsində ana südü ilə qidalanma və anemiyanın profilaktikası, həmçinin məhdud fiziki imkanlı uşaqlara xüsusi qayğı ilə bağlı həyata keçirilən layihələrin davamını müsbət qiymətləndirmişdir.


Görüşdə yaxın gələcəkdə bu mövzuda keçiriləcək beynəlxalq konfransa hazırlıq və təklif olunan digər layihələr müzakirə olunmuşdur.


FOTO