1.jpg
26 fevral 2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak ediblər

Fevralın 26-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anma mərasimində iştirak ediblər.

 

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydu.

 

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.


FOTO

VİDEO