21 avqust 2010

Şəmkir rayonunun Dəllər qəsəbəsində Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində məktəb binası inşa olunur

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şəmkir rayonunun Dəllər qəsəbəsində məktəb binası inşa edilir. 880 şagird yerlik məktəbdə 40 sinif otağı, fizika və kimya laboratoriyaları, 40 nəfərlik akt zalı və kitabxana, eləcə də geniş idman zalı vardır.


Bundan əlavə, məktəbin həyətində açıq havada futbol, voleybol və basketbol meydançaları da inşa edilmişdir. Məktəbin dayanıqlı elektrik enerjisi ilə təminatı məqsədi ilə ayrıca transformator qoyulmuş, artezian qazılmış və hər birinin tutumu 120 kubmetr olan 2 ədəd su anbarı inşa edilmişdir. Hazırda məktəb binasında son tamamlama işləri görülür. Artıq yeni məktəb binasına mebel və digər zəruri avadanlığın gətirilməsi də başa çatdırılmışdır.