9 sentyabr 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucar rayonunun Alpı kəndində yeni orta məktəb binası inşa edilir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucar rayonunun Alpı kəndində tikilən 220 şagird yerlik yeni orta məktəb binasında tamamlanma işləri aparılır.

 

Müasir standartlara cavab verən binada təhsilin ən yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaqdır. Əsas korpusda qış idman zalı ilə yanaşı, məktəbin həyətində idman meydançası da inşa edilir. Burada şagirdlər futbol, voleybol və idmanın digər növləri ilə məşğul ola biləcəklər.

 

Tədris ocağının qarşıdakı aylarda istifadəyə verilməsi nəzərdə tutulur.