6 noyabr 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda yeni məktəb binası tikilir

Goranboy rayon mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa edilir. Tikintisinə bu ilin may ayında başlanan ikimərtəbəli bina 420 şagird yerlikdir. Ən müasir layihə əsasında inşa edilən təhsil ocağı üçün iki hektar sahə ayrılmışdır. Artıq birinci mərtəbədə beton işləri başa çatdırılaraq hörgü işlərinə başlanılmışdır. Hazırda ikinci mərtəbədə dəmir-beton konstruksiyası işləri görülür.


Layihəyə əsasən məktəbdə 80 yerlik akt zalı, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar, idman zalı, yeməkxana, eləcə də idmanın müxtəlif növləri üzrə açıq meydançalar, su anbarı, qazanxana və elektrik yarımstansiyası da inşa ediləcəkdir. Məktəb binasının növbəti dərs ilində şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulmuşdur.