20 yanvar 2006

Lənkəranın Girdəni kəndində 240 yerlik yeni məktəb istifadəyə verilib

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Lənkəran rayonunun Girdəni kəndində inşa edilmiş 240 yerlik yeni məktəb istifadəyə verilmişdir.


"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Lənkəran Su-Tikinti Törəmə Müəssisəsinin inşaatçıları tərəfindən tikilən yeni təhsil ocağının açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.