7 aprel 2006

Yevlaxda yeni məktəb binası istifadəyə verilib

Yevlax rayonunun Duzdağ kəndində yeni məktəb binası istifadəyə verilmişdir. Bina ABŞ-ın "Uşaqların xilası" beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə inşa olunmuşdur.


Rayon təhsil şöbəsindən bildirmişlər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Hacıselli kəndində 200 yerlik, Nəmirli kəndində isə 100 yerlik yeni məktəb binaları tikilmiş, 2, 4, 5 və 9 nömrəli şəhər orta məktəbləri əsaslı təmir edilmişdir.