7 mart 2006

Ağstafada daha bir məktəb istifadəyə verilib

Ağstafa rayonunun Qırılı kəndində "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 240 yerlik yeni məktəb binasının açılış mərasimi keçirilmişdir.


Rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayev, təhsil işçiləri, valideynlər və məktəblilər mərasimdə çıxış edərək, respublika Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təhsilə göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildirmişlər.


Yeni məktəb müasir avadanlıqla təchiz olunmuşdur.