DSC_8199.JPG
15 sentyabr 2017

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvan şəhərində inşa edilən uşaq bağçası istifadəyə verilib

Sentyabrın 15-də Şirvan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilən 100 yerlik uşaq bağçası istifadəyə verilib.

 

İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Təhsil ocağında altı qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompüter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər əsasında inşa edilən bağça havalandırma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb.


FOTO

Paylaş: