FOND-XDMX-TANISHLIQ.JPG
30 aprel 2009

Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Heydər Əliyev Fondunda olub

Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti aprelin 30-da Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlar Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurdu.


Keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırdı.

 

Fondun məqsədləri, yarandığı vaxtdan bəri gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında, beynəlxalq əlaqələri barədə də ətraflı məlumat verildi.

 


FOTO