KONFRANS-FOND.JPG
1 may 2009

“İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda elmi-praktiki konfransın iştirakçıları Heydər Əliyev Fondunda olublar

Bakıda keçirilmiş “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda elmi-praktiki konfransın iştirakçıları mayın 1-də Heydər Əliyev Fondunda olmuşlar.


Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

 

Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırdı.


Məlumat verildi ki, ümummilli lider elm, mədəniyyət xadimlərinə daim böyük qayğı və diqqətlə yanaşmışdır.

 

Fondla tanIşlıqdan zəngin təəssürat aldıqlarını bildirən qonaqlar, xatirə kitabına ürək sözlərini yazdılar.


FOTO