YUNANISTAN XARICI ISHLAR NAZIRININ MUAVINI- FOND- TANISHLIQ.jpg
13 may 2009

Yunanıstanın xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis Heydər Əliyev Fondunda olub

Yunanıstanın xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis və onun başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Heydər Əliyev Fondunda olmuşdur. 

 

Qonaqlara Fondun beşillik fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

 

Vurğulanmışdır ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Burada qonaqlara Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması istiqamətində ulu öndərin həyata keçirdiyi uğurlu siyasət barədə məlumat verilmişdir. Fondun ziyarətçiləri Heydər Əliyevin dünyanın tanınmış siyasi lideri, dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

 

Nümayəndə heyətinin rəhbəri Fondun xatirə kitabına ürək sözlərini yazmışdır. 


FOTO