FOND-DSMF-TANISHLIQ .JPG
12 iyun 2009

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Heydər Əliyev Fondunda olublar

Dövlət Sosial Müdafiə Fondunun bir qrup əməkdaşı 15 iyun - Milli Qurtuluş günü ərəfəsində Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonaqlar ulu öndərin ömür yolu və fəaliyyəti ilə bir daha yaxından tanış oldular. Onlara ümummilli liderimizin arxivindən götürülmüş və onun fəaliyyətinin bir çox dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi. Bu məlumatları qayğıkeşliklə toplayan, qoruyub saxlayan Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərindən söhbət açıldı.

 

Qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə maraqla baxdılar. Onlar xalqımızın tarixinin həm çətin, həm də şərəfli dövrü – 1990-cı illərin əvvəlləri ilə bağlı materiallarla tanış oldular.

 

Bildirildi ki, Fond müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsinin öyrənilməsi, təbliği, görkəmli dövlət xadiminin ideyalarının həyata keçirilməsinə dəstək verilməsi məqsədi ilə yaradılmışdır.


 Ziyarətçilər Fondla tanışlıqdan zəngin təəsüratlarla ayrıldılar.


FOTO