01.jpg
12 may 2008

İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen Heydər Əliyev Fondunda olub

İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen mayın 12-də Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İsveçrənin dövlət başçısını və onun xanımı Brigit Kuşpeni səmimiyyətlə qarşıladılar.

 

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

 

İsveçrə Konfederasiyasının Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

 

Prezident Paskal Kuşpen Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

 

İsveçrənin dövlət başçısına Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olundu. Qonaqlar Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.

 

Ali qonaq Fonddan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.


FOTO