003.JPG
18 noyabr 2008

İsveç Krallığının məşğulluq naziri Sven Otto Littorin Heydər Əliyev Fondunda olub

İsveç Krallığının məşğulluq naziri Sven Otto Littorin və nümayəndə heyətinin üzvləri noyabrın 18-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

İsveçli qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla tanış oldular.

 

Nazir Sven Otto Littorin Xatirə kitabına ürək sözlərini yazdı.


FOTO