15 dekabr 2008

Heydər Əliyev Fondunun Ağsu məktəblilərinə daha bir tövhəsi

Azərbaycanda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm işlər görmüş Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində təkcə son iki il yarım ərzində Ağsu rayonunun Ərəbmehdibəy, Padar və Çiyni kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.


Bu günlərdə Fondun təşəbbüsü ilə rayonun ən iri kəndlərindən biri olan Qaraqoyunlu kəndində orta məktəbin əlavə korpusunun inşasına başlanılmışdır. İkimərtəbəli binanın gələn tədris ili üçün istifadəyə verilməsi nəzərdə tutulur.