001.JPG
11 dekabr 2008

Bakının bir neçə orta məktəbinin şagirdləri Heydər Əliyev Fondunda olublar

Bakının bir neçə orta məktəbinin şagirdləri ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Heydər Əliyev Fondunda olmuşlar.

 

Şagirdlərə bildirildi ki, Fond müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsinin öyrənilməsi, təbliği, görkəmli dövlət xadiminin ideyalarının həyata keçirilməsinə dəstək verilməsi məqsədi ilə yaradılmışdır. Ümummilli liderimizin arxivindən götürülmüş və onun fəaliyyətinin bir çox dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi. Şagirdlər hər bir gəncə nümunə ola biləcək ulu öndərin həyat və yaradıcılığı ilə bağlı Fondda toplanmış zəngin irsi ilə maraqla tanış oldular.

 

Fondun sərgi və ekspozisiyası ilə tanış olan şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin yarım əsrdən artıq bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, bu böyük insana həsr olunmuş kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə maraqla baxdılar.

 

Daha sonra şagirdlər ulu öndərin həyat və yaradıcılığı ilə bağlı filmə tamaşa etdilər.


FOTO