1406916525.jpg
1 avqust 2014

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qəbələdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Musiqi Festivalı avqustun 1-də başa çatıb.

 

Festivalın sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin “Viva opera” adlı konsert proqramı təqdim edilib.

 

Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə baş tutan konsertdə vokalçılar – Xalq Artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnaz İsmayılova, ifaçılar Azər Rzazadə, Yusif  Eyvazov çıxış ediblər.

 

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. On gün davam edən festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.