14105344672854456312_600x400.JPG
12 sentyabr 2014

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

Sentyabrın 12-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən humanitar aksiyada Respublika Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əhalinin müxtəlif yaş qruplarından qan nümunələri götürüblər.

 

Gün ərzində 161 nəfər rayon sakini könüllü qan verib.

 

Humanitar aksiya zamanı yığılan qanlar respublika Qan Bankına təhvil veriləcək, əsasən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən vətəndaşların müalicəsində istifadə ediləcək.


Paylaş: