1.JPG
23 fevral 2024

“Doha Ekspo 2023”də Azərbaycan Milli Günü çərçivəsində konsert proqramı təşkil olunub

Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində  keçirilən Azərbaycanın Milli Günü çərçivəsində axşam saatlarında konsert proqramı təşkil olunub.

 

Xatırladaq ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərən “Doha Ekspo 2023”də Azərbaycan milli pavilyonla təmsil olunur. Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılıb.

 

Ekspo sərgisindəki Milli Gündə Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə keçirilən konsertdə “Natiq” ritm qrupunun ifasında “Şuşanın ritmləri”, “Mehriban”, Azərbaycan ritmləri, “Cəngi”, “Qaytağı”, “Qarabağ” kompozisiyası, Xalq artisti Ənvər Sadıqov və “Buta” qrupunun ifasında “Fantaziya” və digər bəstələr, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Odlar Yurdu” süitası, “Qaytağı” rəqsi, “Zəngəzur yallısı” təqdim edilib. 


FOTO