Bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında çoxsaylı insan itkisi ilə nəticələnmiş faciəli hadisə respublika ictimaiyyətini sarsıtmışdır.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qanlı hadisə zamanı doğmalarını itirən ailələrin dərdinə şərik çıxaraq onlara başsağlığı göndərmiş, bu sarsıntını onlarla birgə yaşadığını qeyd etmiş, həlak olanlara Allahdan rəhmət diləmişdir. Mehriban xanım Əliyeva xəsarət alan və müxtəlif tibb müəssisələrində müalicə kursu keçən yaralıların səhhəti ilə maraqlanmışdır.
Faciəli hadisə ilə əlaqədar yardım göstərilməsi məqsədilə həlak olanların ailələrinə Heydər Əliyev Fondu tərəfindən 15 min manat, ağır xəsarət alanların hər birinə 5 min manat məbləğində pul vəsaiti ayrılmışdır