img_25686.jpg
15 sentyabr 2015

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Bilik günü qeyd edilib

Sentyabrın 15-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Bilik günü qeyd olunub.


İnternat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib.


Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.