DSCN9158[1].jpg
21 sentyabr 2014

Azərbaycan incəsənət ustaları Parisdə konsert proqramı ilə çıxış ediblər

Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Azərbaycan şəhərciyi” çərçivəsində Azərbaycan incəsənət ustaları konsert proqramları ilə çıxış edirlər.

 

10 gün davam edəcək “şəhərciy”in 3-cü günü Azərbaycanın Əməkdar Artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu” fransalı tamaşaçılar qarşısında çıxış edib. Qrup “Həyata gəliş”, “Beş yarım”, “Arabeska”, “Caz” və “Atəşgah” rəqs musiqi nömrələrini təqdim edib.

 

Qeyd edək ki, “Azərbaycan şəhərciyi” Azərbaycanın qədim tarixinin və zəngin mədəni irsinin fransızlara yaxından tanıdılması məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə reallaşdırılan “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində baş tutub.


FOTO