28 fevral 2010

Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisi başa çatıb

Şəhərin ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanında yüksək memarlıq üslübünda Heydər Əliyev Mərkəzi tikilmişdir.

 

Mərkəz Heydər Əliyev Fondu tərəfindən nəfis tərtib olunmuş, müasir texnologiyalarla təchiz edilmişdir. Burada tədbirlər keçirmək üçün konfrans zalı, internet otağı və kitabxana fondu yaradılmışdır.

 

Gənc nəsli ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolu ilə yaxından tanış etmək məqsədi ilə mərkəzdə 6 sərgi salonu fəaliyyət göstərəcəkdir.