012.JPG
16 iyun 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində uşaqlar üçün şənlik təşkil olunub

İyunun 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri üçün şənlik təşkil olunub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

 

Şənlikdə Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak etdilər.

 

Leyla Əliyeva şənliyə qatılmış uşaqlarla söhbət edib.

 

Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

 

Leyla Əliyeva uşaqlarla birlikdə rəqs edib, onlarla fotolar çəkdirib.

 

Tədbir çərçivəsində uşaqlar öz aralarında qısa məsafəyə qaçış üzrə yarışda da iştirak ediblər. Onların arasında müxtəlif oyunlar, Avropa Oyunları ilə bağlı viktorinalar keçirilib. Qaliblərə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.


FOTO

VİDEO