“Azərbaycan musiqisi” albomu

2012-ci ilin sentyabrında Heydər Əliyev Fondu “Azərbaycan musiqisi” albomunu nəşr edib. Alboma daxil olan 8 diskdə Azərbaycanın muğam, klassik, caz, estrada janrlarına aid musiqi parçaları toplanıb. Albom ingilis, fransız, italyan, rus dillərində nəşr olunub.