2013-cü il fevralın 2-də Fransanın Miluz şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində “Azərbaycan günləri” adı altında tədbirlər keçirilib.
Miluz şəhərində təşkil edilmiş sərgidə ölkəmizdə istehsal edilən 47 adda şərab, habelə xalçalar, misgərlik və dulusçuluq nümunələri, musiqi alətləri və Heydər Əliyev Fondunun xalqımızın tarixindən, mədəniyyətindən, turizm imkanlarından bəhs edən nəşrləri nümayiş olunub. Sərgidə Azərbaycan musiqisi səslənib və ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib.
Fevralın 2-də Miluz şəhərinin "Sin" teatrında Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi Ansamblının konserti təşkil olunub.
15 fevral 2013
Fransız mətbuatı Heydər Əliyev Fondunun Azərbaycanı yaxından tanıtmaq məqsədi ilə Fransada həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir. “Alzasın son xəbərləri”, “Alzas” və digər mətbu orqanlarında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Alzas regionunun Miluz və Strasburq şəhərlərində təşkil olunan sərginin və konsertin fransızlar arasında böyük maraq...
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycanı tanıtmaq istiqamətində Fransada keçirilən Azərbaycan günləri yerli mətbuatın diqqət mərkəzindədir. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinə əsasən Fransanın Alzas regionunun Miluz şəhərində keçirilən tədbirlər “Alzasın son xəbərləri”...