Gəncədə Nizami Gəncəvi Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. 2014-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin açılışında iştirak edib.
Muzeydə elmi tədqiqat şöbəsi, kitabxana, konfrans zalı, qonaqlar və turistlər üçün istirahət guşələri yaradılıb.