“Milan Expo 2015” Azərbaycan pavilyonunda “Milli gün”

  • Layihə
  • Foto
  • Video


2015-ci il 9 iyul-31 oktyabr tarixlərində “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonu təqdim edilib.   


İyulun 9-da Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu tərəfindən “Milli gün” təşkil olunub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Azərbaycan “Milan Expo 2015” sərgisində “Azərbaycan. Biomüxtəliflik xəzinəsi” adlı pavilyonla təmsil olunur. Pavilyonun dalğavarı taxta divarları Azərbaycana xas olan küləyin, həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir.

 

Ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyonda qurulmuş üç biosfer ətraf mühitini və qədim mədəniyyətini daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirir.

 

“Mədəniyyətlərin kəsişməsi” biosferi ziyarətçiləri ölkənin ən mühüm tarixi və mədəni məkanlarına səyahətə aparır. İkinci biosfer – “Biomüxtəliflik” ölkənin təbii biomüxtəlifliyinə və mədəni irsinə həsr olunub. Bu biosferin mərkəzindəki konstruksiya Azərbaycanın zənginlik rəmzi olan nar ağacını təcəssüm etdirir. Üçüncü biosfer “İnnovasiya və ənənə” adlanır. Burada kökləri səmaya istiqamətlənmiş ağac fiquru var. Bu, rəmzi olaraq Azərbaycan xalqının ənənəyə sadiqliyini, eyni zamanda, gələcəyə yönələn innovativ ölkə olduğunu göstərir.

 

Pavilyonun birinci mərtəbəsi “Səslər simfoniyası” adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar təqdim olunur.“Rənglər simfoniyası” adlanan ikinci mərtəbədə iqlim, landşaft və bioloji müxtəliflik məlumatları çatdırılır. “Dadlar simfoniyası” adlanan üçüncü mərtəbədə milli mətbəx və orqanik qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir. Bu mərtəbədə, həmçinin “Bakını kəşf et”“Azərbaycan simaları” bölmələrində fotolar, xəritələr, müxtəlif sahələri təmsil edən azərbaycanlıların portretləri vasitəsilə ölkəmiz və insanlarımızla interaktiv tanış olmaq mümkündür.

 

Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda əksini tapıb. Bundan əlavə, pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir. Pavilyonun dördüncü mərtəbəsində - terrasda restoran fəaliyyət göstərir. Burada milli mətbəx və müxtəlif konsert proqramları təqdim olunur.

 

Milli pavilyonun həyətində yaradılan IDEA - Biomüxtəliflik parkında IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə dair məlumatlar, müxtəlif ekoloji layihələr təqdim olunur və əyləncəli proqramlar təşkil edilir.

 

Milli pavilyonumuzda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq “Mirroring Baku” – Bakı ilə birbaşa əlaqə yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Belə bir monitor Bakıda – Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. Həmçinin paytaxt Bakının sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. “Mirroring Baku” adlı bu layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın paytaxtı Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradır.

 

Pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. “Milan Expo 2015” başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda qurulması və ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.

 

X X X

 

“Milan Expo 2015”də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti işləri 18 ay ərzində davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən aparılıb. 


2015-ci il oktyabrın 2-də milli pavilyon İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru” (“Towards a Sustainable Expo”) proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə mükafatla təltif olunub.  



Paylas:

001.jpg
002.jpg
003.jpg
004.jpg
005.jpg
006.jpg
007.jpg
008.jpg
009.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017a.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg
023.jpg
024.jpg
025.jpg