Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı

  • Layihə
  • Foto


2017-ci il sentyabrın 18-26-da Bakıda Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilib.

 

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış ediblər.

 

Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın açılış mərasimi olub. Mərasim Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səslənməsi ilə açıq elan edilib.

 

Gecədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında yerli və xarici bəstəkarların əsərləri təqdim olunub.

 

Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib. Festival çərçivəsində Xalq Artisti Əyyub Quliyevin idarəçiliyi ilə Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) konsert proqramı təqdim olunub. Proqramda Azərbaycanda ilk dəfə səslənən əsərlər – Rodion Şedrinin “Concerto Iolanta” altıncı fortepiano konserti, Giya Kançelinin “Daneliada”, Arvo Pyartın “Fratres”, habelə Firəngiz Əlizadənin “Metamorfozalar” əsərləri yer alıb.

 

Musiqi festivalına sentyabrın 26-da yekun vurulub. Bağlanış mərasimində Almaniyanın Münhen Akademik Orkestri çıxış edib. Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə gerçəkləşən konsertin solisti Xalq Artisti Murad Adıgözəlzadə olub. 



Paylas:

2.jpg
5.jpg
6.jpg
8.jpg
9.jpg
11.jpg
12.jpg
13.jpg
14.jpg
15.jpg
17.JPG
18.JPG
19.JPG
20.JPG
21.JPG
23.JPG