Xırdalan şəhərində məcburi köçkün ailələri üçün yaşayış binası Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2015-ci il mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yaşayış binasının açılışında iştirak edib.
Bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Binada ümumilikdə 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Ətraf ərazidə abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından olan məcburi köçkün ailələri yerləşdirilib.