2014-cü il oktyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinin Bode muzeyində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə birinci Avropa Oyunlarının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub, Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycana aid müxtəlif nəşrləri təqdim olunub.
Tədbirdə Almaniyanın dövlət katibləri, Bundestaqın deputatları, tanınmış siyasi xadimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirak ediblər.
14 oktyabr 2014
Almaniyanın nüfuzlu “Focus.de” xəbər portalında Berlin şəhərindəki Bode muzeyində keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi haqqında material yerləşdirilib. Materialda birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən bəhs edilir...