114
qoxuyacaq. Belə tutqun, rütubətli günlərin birində Böyük Qala küçəsinə sirenasını
işə salıb “Təcili yardım” maşını tələsəcək. Zivər xanımın balaca otağında tibb bacıları
qaça-qaça ora gedəcəklər, bura gələcəklər, ürək dəlicəsinə çırpınacaq, sıxılacaq və
Vaqifin gözündə dünya birdən-birə uçuruma düşüb yox olacaq, hər yan qaralacaq.
Natamam otuz bir yaşın içində ilk ciddi ürək ildırımı. Ya caz dünyasında yorulmaz,
fasiləsiz, dəliqanlı oluşun nəticəsi, ya varlığın, ümumiyyətlə.*
Axı o bacarmırdı elə-belə yaşamağı: bacarmırdı musiqidə notlar arasında olduğu kimi
pauza götürməyi; bacarmırdı işi-gücü buraxıb divanda saatlarla uzanmağı və be-
kar-bekar divar kağızlarına baxmağı. Faktiki olaraq birnəfəsə ötüb-keçdi Vaqif ömrü
fasiləsiz-filansız. O, yarımçıq, natamam olmaq nə deməkdir, bunu bilmirdi, hər gün
sona qədər yandırırdı özünü və qəbul eləmirdi “qızıl orta” ideyasını. Hər gün canını
verirdi musiqisinə. Hər dəfə də ölürdü səhnədə... musiqiyə can vermək üçün...
Necə oldusa, Koltreyn haqqında filmə baxdım. Daha doğrusu, fraqmentini gördüm
bu filmin, harada ki Koltreyn kortda dayanıb tennis oynayırdı. Hər şey adidən də
adi idi: raketka, tor, top, idman forması. Və eyni zamanda elə bir məqam vardı ki,
mən onu heç cür tuta bilmirdim. Birdən anladım ki, mən oyuna baxmıram, ancaq
Koltreyni izləyirəm. Və onda anladım ki, məni heyrətdə saxlayan musiqiçinin özünü
unudub oyunun içinə atılmasıdır. Koltreyn elə oynayırdı ki, sanki bundan onun həyatı,
taleyi və karyerası asılı idi. Oynayırdı, həlledici konsertdə çaldığı kimi. Oynayırdı, san-
ki özünün ən yaxşı improvizəsini ifa edən pianoçu kimi. Dünyada hər şeyi unudub
tennis oynayırdı bu adam. Mən Koltreyni özümçün bir də kəşf elədim. Mən başa
düşdüm ki, bizi niyə öz əsirinə çevirir Koltreyn musiqisi. Bu insan heç bir işi həyatında
ala-yarımçıq görə bilməzdi. Və əgər o, nəsə bir iş görürdüsə, özünü bütünlükdə
həmin işə həsr edirdi” (Vaqif Mustafazadə).
73
Şüuru özünə evdə, yataqda olanda
qayıdacaq və təəccüblə anasının və arvadının qorxudan saralmış üzünə baxacaq. Elə
həməncə yerindən qalxmaq istəyəcək: istəyəcək ki, instrumentə yaxınlaşıb festivalda
tapdığını yaddaşında təzələsin, möhkəmlətsin. Ancaq heç barmaqlarını da tərpədə
bilməyəcək. Və onda ilk dediyi söz, ilk xahişi bu olacaq: “Mama, zəhmət olmasa,
uşaqlıqda mənə nə çalırdınsa, onu çal”.
Və Zivər xanım dilləndirəcək royalın dillərini: çalacaq “Bayatı-Şiraz” muğamını.
Həyata çox çətin qayıdışdan sonra məhz bu muğama qulaq asmaq istəyəcək, bu
muğam üçün susayacaq Vaqif. Üzeyir bəyin “musiqi gəlini” adlandırdığı “Bayatı-Şiraz”
səslənəcək otaqda, hopacaq divarlara, qonacaq pəncərələrə. Yavaşdan səslənəcək və
doğma, məhrəm bir atmosferi yenidən bərpa eləyəcək. Deməli, Vaqif də fikirləşəcək
*
Bakı” qəzetinin jurnalisti öz məqa-
ləsində Vaqiflə həkimi arasındakı qısa
dialoqu onun xarakterinin nümunəsi
kimi sitatlaşdırır: “Sizə həyəcanlanmaq
olmaz”, - dedi “Ambulans” həkimi.
Bağışlayın, doktor, sevinmək də?” –
Sevinc də emosiyalar sahəsinə aiddir.
Qətiyyən həyəcanlanmayın” – cavab
gəldi həkimdən.
Bakı” qəzeti, 29 noyabr 1969-cu il.