116
çevrilib: belə ki, Azərbaycan mədəniyyətinin nailiyyətlərini yüksək səviyyədə təqdim
etmək lazım gələndə onun adı tez-tez hökumət məruzələrinə düşür. Bakı cazçılarının
yeni nəsillərinin arasında da elələri yoxdur ki, caz-muğamın musiqi sehrinə aludə
olmasınlar.
Caz-muğam indi Azərbaycan cazının vizit vərəqəsidir. Onda bəs nə üçün getdikcə
sualların sayı daha da çoxalır? Bütün bunlar yəqin onun nəticəsidir ki, dünyanın hər
yerində üslubları, istiqamətləri dahilər kəşf eləyib tapırlar və onların kəşflərindən
saysız-hesabsız epiqonçular, xalturaçılar faydalanırlar. Yarıtmazcasına faydalanır-
lar; faydalanırlar fikirləşmədən, adi xırdavatçıya çevrilərək. Onlar heç vədə caz-
muğamın strategiyası və perspektivləri haqqında düşünmürlər; cəhd eləyib anla-
mırlar cazla muğamın daxili qarşılıqlı təmasının spesifik xüsusiyyətlərini, onların bir-
birindən asılılığıının, bir-birinə münasibətinin mürəkkəbliyini. Və özlərinə hesabat
vermirlər ki, caz və muğam eyni musiqi sədaları dünyasına mənsub olsalar da,
onların ilkin mənaları, istiqamətləri, formalaşma şərtləri müxtəlif və bənzərsizdir.
Onların musiqi srukturlarında və semantikalarında ümumi çox az şey var. Odur ki,
burada, sadəcə, caz və muğam epizodlarını növbələşdirmək mümkün deyil; müm-
kün deyil bir materialı o birinə qatıb, onu bununla, bunu onunla durulaşdırmaq,
birini digərinin böyrünə “palçıqlamaq”; mümkün deyil; mümkün deyil muğamı uza-
dıb-uzadıb birdən başlayasan svinq çalmağa, “cazlamağa”; hətta mümkün deyil
caz akkompanementilə (ritm və harmoniya “astarı” ilə) muğam solosunu müşaiyət
etmək. Əgər həqiqi
kompozisiya təfəkkürü
yoxdursa, əgər caz və muğam
elementləri inkişafın ümumi tipinə tabe etdirilmirsə, əgər formal səviyyədə caz-
muğam prinsiplərinin yaxınlığı aşkarlanmırsa, o zaman novator sintezin əvəzinə
yun kimi didilmiş və bir-birilə əlaqələndirilməmiş musiqi fraqmentlərindən ibarət
səthi və həvəskar bir şey alınır. Yalnız formanın (prosesin) çox dəqiq
kompozisi-
ya
düzümündə caz-muğam vasitələrinin sistemliliyi aşkarlana bilər. Məhz bu sis-
temlilik imkan verir ki, sintez mənaların, emosiyaların, məzmunların və strukturların
çoxişarəli birgəliyi kimi gerçəkləşsin.
Və bu, hələ zərərin yarısıdır! İndi caz-muğamda o adamlar vəziyyəti nəzarətdə
saxlayırlar ki, kompozisiya düşüncəsi nədir, heç muğamı da, cazı da əməlli-başlı
bilmirlər. Digər tərəfdən onların nəyinə də gərəkdir bu bilgi - əgər satdıqları səthi,
ekzotik-şirintəhər musiqi Qərbdə yaxşı alınırsa, Qərbin festival camaatının artıq
dərəcədə xoşuna gəlirsə və Qərb mediasında yaxşı işıqlandırılırsa?! Nəyə gərəkdir
zəhmət çəkmək, axtarmaq, ilkin mənbələrə baş vurmaq, əgər muğamda qədərincə
səriştəli olmayan Qərb dinləyicisi və tənqidçisi Şərq üslubunda qeyri-adi bir şey