133
orkestrin həyatını daxildən müşahidə edib, çoxsaylı heyətlərin səciyyəvi cizgilərini
fərqləndirib, müşayiətçi qismində müxtəlif instrumental qruplarla məşqlərə qoşulub
yavaş-yavaş orkestrlə yaşamaq, orkestri yaşatmaq bilgilərini mənimsəyirdi. Onun
üçün xüsusi maraq kəsb edirdi orkestr kütləsilə solo alətin nisbəti: necə olur zəruri
balans tapılır; necə olur dialoqlar düzülür; necə olur tembr dramaturgiyası yaranır;
necə olur müxtəlif qruplar və alətlər tutuşdurulub qarşılaşdırılır. Məhz bu illərdə,
pianoçunun sözlərinə əsasən, onun ağlına belə bir fikir gəlir ki, böyük konsert for-
masından faydalansın və Gerşvinin “Blyuz üslubunda rapsodiyalar”ına yaxın bir
tərzdə nəsə hazırlasın. O, iki musiqi başlanğıcını birləşdirməyə cəhd edir: bunlardan
biri kütləvi orkestr ifaçılığıdır, o birisi isə solo-improviz ifaçılığı. Və hətta müəyyən
eskizlər də cızıb kənara qoyur. Amma, çox tez başa düşür ki, belə masştablı layihəni
gerçəkləşdirməyə tam hazır deyil və müvəqqəti olaraq öz konsert ideyasından vaz
keçir; qayıdır əvvəlkinə: qayıdır o nəsnəyə ki, həyatını onsuz təsəvvür edə bilmir;
caz üçlüyünün azadlığına və genişliyinə qayıdır.
1969-1970-
ci illərdə Mustafazadə
Azərbaycan Dövlət Estrada Orkestrində
pianoçu kimi çalışır