153
gerçəkliyi kimi qavranılaydı. Belə ki, onun şəxsi kiçik bir musiqi həqiqəti bütün kol-
lektivin də kiçik bir musiqi həqiqətinə çevrilməliydi. Deməli, cazda hər bir başlanğıc
həm də uzun illərin təcrübəsinin verdiyi dərsdir. Deməli, cazda hər bir başlanğıc təkcə
duyğuları refleksiya eləmir. Deməli, cazda hər bir başlanğıc yaşantıların, fikirlərin, in-
tuisiyanın və düşüncənin kompleks “işidir”. Və hətta əgər hər şey düzgün, yaxşı alınır-
dısa belə, fərqi yoxdur, Vaqifə yenə müəyyən zaman tələb olunurdu ki, onun tapıntısı
kamillik, mükəmməllik, bütövlük əldə etsin.
Vaqif və Azərbaycan musiqiçiləri
Onun birinci və yeganə pərəstiş etdiyi adam, bəlkə də həyatının bütü, Üzeyir bəy
Hacıbəyli idi. Özü də bu adam milli klassikin heç bir mövzusunu götürüb yenidən
işləməmişdi, onun heç bir əsərini caz hənginə salmamışdı.
Elə bəstəkarlar və ifaçılar var ki, şəxsi yaradıcılıq aktına başlamamışdan öncə Ba-
xın, Bethovenin, Şopenin, Vaqnerin, Prokofyevin musiqisini dinləyirlər... Deyirlər ki,
bu, onları enerjilə doldurur, fantaziyalarını stimullaşdırır və yaratmağa həvəsləndirir.
Bəziləri hətta elə hesab eləyirlər ki, əgər gün ərzində öz sevimli musiqiçilərini
dinləməyiblərsə və ya onların əsərlərini ifa etməyiblərsə, bu o deməkdir ki, günü
əbəs yaşayıblar. Məsələn, Eddi Roznerin müasirləri belə danışırlar ki, Eddi hər səhəri
amerikalı truba ifaçısı Harri Ceymsin vallarını dinləməklə başlayırdı: o, həm zahirən,
həm də ifa manerası etibarı ilə ona oxşayırdı. (Payızbülbülünü xatırladan saç düzü-
mü vardı: eynən Ceymsin səliqə ilə yığılmış saç düzümünə bənzəyirdi.)
Yox, Vaqif səhəri “Leyli və Məcnun”la açmırdı, hər gün “Arşın mal alan”ı dinləmirdi, çı-
xışından öncə “Koroğlu”nun temalarından ilhamlanmırdı. O, Üzeyir bəyin musiqisinə
müstəsna hallarda, daha doğrusu, iki halda qulaq asırdı: kədər və sevinc anında.
O vaxt ki yaşamaq əzab verirdi, o vaxt ki bütün ümidlər şüşə kimi qırılırdı, xıncam-
xıncam yerə səpələnirdi, o vaxt ki dünyanın bütün qapıları bağlanırdı, bax, onda
Vaqif fortepiano arxasına keçirdi, heç kəsi və heç nəyi vecinə almadan Üzeyir bəyin
əsərlərini çalırdı və öz improvizələrinə, öz harmoniyalarına uyurdu. Bir də o vaxt ki,
dünya sevincdən fişəng kimi partlayıb əlvan-əlvan çiçəkləyirdi, Üzeyir bəyin musi-
qisi yenidən Vaqifgilin evindən süzülüb İçəri Şəhərə axırdı. Zivər xanım xatırlayırdı ki,
belə dəqiqələrdə bərk kövrəlirdi, ürəyi də sanki susub, dayanıb haradasa gizlənirdi.
Bir də Vaqif nə üçün Hacıbəylinin musiqisini daim ifa eləməliydi? Buna nə ehtiyac
vardı ki, əgər Üzeyir bəyin musiqisi onun içinə hakim idi, əgər Üzeyir bəyin musiqisi