189
müəyyənləşmişdi: ölüm Vaqif üçün hər gün aktual idi, hər gün gündəmdə idi.
Belə olan bir halda öncədən duymalara daha nə hacət? Əslində, məsələ bir ayrı
cürdü. Nə öncədən duyum, nə də peyğəmbərlik. O bilirdi ki, saatları sayılıb və
çox yaşamayacaq. Ona görə də yaradıcılıqdan başqa öz vaxtını heç nəyə sərf
eləmirdi. Ona görə çalışırdı ki, bir imkanı da boşa verməsin. Ona görə tələsirdi
ki, nəyisə sınaqdan keçirsin, nəyisə gerçəkləşdirsin, nəyisə, sadəcə, yerinə ye-
tirsin. Düşünmürəm ki, burada özünə ölümündan sonra şöhrət təmin eləmək
iddiası vardı. Özünün şəxsi “əbədiliyi” onu bir o qədər də ilgiləndirmirdi. Vaqif
çox fikri, ideyanı gerçəkləşdirmək istəyirdi öz yaradıcılığında: çoxlu fantaziyaları
vardı onun. Belə olanda, təbii ki, Mustafazadə yorulmaq bilmədən, sağlamlığı-
nın qayğısına qalmadan, gücünə qənaət etmədən işləməliydi. Nə yazıq ki, özü
də bilirdi, hamısına onsuz da vaxt çatmayacaq.
Vaqifə maraqlı idi harmoniyanı həng-intonasiya dönüşlərilə zənginləşdirmək,
buna bir axıcılıq, nəğməvarilik, linearlıq vermək. O, istəyirdi ki, muğamların
çoxhəngliliyini, atonalizmini, intonasiya müxtəlifliyini birləşdirib improvizə funk-
siyasını bir az daha genişləndirsin və böyütsün. Vaqif çalışırdı ki, rok musiqinin
səkkizlik ritmini cazın dördlük ritmilə uzlaşdırsın. Mürəkkəb formalar ona azlıq
eləyirdi və Mustafazadə qərara aldı ki, hər bölümün öz müstəqil strukturunu
müəyyənləşdirsin. Onu melodiya hərəkətini polifonikləşdirmək ideyası özünə
cəlb eləyirdi və Vaqif cəhd göstərirdi ki, bəzi-bəzi yerlərdə, məqamlarda melo-
diyanı ansamblın musiqiçiləri arasında bölüşdürsün. Hətta zərbçiyə də tapşırılır-
dı ki, solo instrumentlə intonasiya deyişməsinə girişsin.
Vaqif bunların hamısını eyhamlaşdırmışdı, düzüb qoşmuşdu. Həm fortepiano
konsertlərində, həm “Tofiq Quliyev temalarına fantaziyalar ”da (müəllif bu əsəri
gah kompozisiya, gah improvizə, gah da fantaziya kimi müxtəlif adlarla təqdim
edir – qeyd tərcüməçinindir), həm də Tamaz Kuraşvilinin “Qızmar günorta”sında
bütün bu perspektivlər aydın görünürdü. Amma xüsusilə konsert çıxışlarında:
nə vaxt ki, əsər məhz
indi
və məhz
burada
yaranırdı. Və hər şey necə davam
eləyəcəkdi, necə qurtaracaqdı, nəyə çevriləcəkdi, caz-muğamı nə gözləyəcəkdi,
əgər bir qədər də vaxtı olsaydı Vaqifin? Əgər bir qədər də əcəl aman versəydi
ona...
Yaradıcı adam üçün ölümün yaxınlığı duyğusu – o demək deyil ki, gələcəyin
hüdudsuzluğunda əriyib itən indiyə bəraət qazandırasan. Yaradıcı adam üçün
ölümün yaxınlığı duyğusu – ağlın və hiss üzvlərinin həssaslığı deməkdir; caz