199
Sonra səhnəyə pianoçunun dostu Vaqif Səmədoğlu çıxdı və dedi ki, Anna Manyanini
dəfn eləyəndə “bütün Roma yasa batmışdı. Elə ki aktrisanın cənazəsini çiyinlərə
qaldırdılar, Roma alqış sədalarından partladı. Roma əl çalırdı. Roma öz sevimli
aktrisasına sevgisini və minnətdarlığını beləcə bildirirdi; necə ki biz indi mənim dahi
adaşıma öz sevgimizi və təşəkkürümüzü ifadə edirik”.
Şairin sözlərinə onu əlavə edək ki, Roma dahi aktrisanı son mənzilə yola salarkən
onu alqışlayırdı: çünki aktrisanın adı ilə Roma bir-birinə artıq qaynayıb qarışmışdı,
Anne Manyani “əbədi şəhər”in simvoluna çevrilmişdi. “Vaqif” adı da eləcə həmişəlik
Bakı” adıyla eyniləşmişdi.
Onu, həqiqətən, Bakı və bakılılardan kənarda təsəvvür etmək mümkün deyil. Fərq
eləməzdi: nə olsun ki, Tiflisdə yaşayıb işləyirdi, nə olsun ki, bütün İttifaqı ələk-fələk
eləyirdi, nə olsun ki, Moskvanın haylı-küylü prospektlərilə gəzirdi, nə olsun ki, sakit
Leninqrad muzeylərində, Riqa və Tallinin dar küçələrində vaxtaşırı hərlənirdi, nə
olsun ki, Dneprin, Vislanın və ya Nevanın mənzərələrindən doymurdu, nə olsun ki,
möcüzəli kompozisiyalarını müxtəlif şəhərlərə həsr edirdi: Bakı onun üçün elə Bakı
idi. Çünki Bakı, bakılılar, köhnə Qala divarları, bulvar, Yaşıl Teatr, çayxana, dəniz, Bakı
küləyi, Bakı istisi, od, Bakı nefti olmadan, adama elə gəlir ki, Vaqifin özü də yox idi.
Vaqifsiz də onlar yox olurdu yəqin.
Bir dəfə emalatxanada əyləşib rəssam Ucalla
123
söhbətləşəndə ondan xahiş elədim
desin ki, əgər sənə bakılının ümumiləşdirilmiş portretini çəkməyi sifariş versəydilər,
nə çəkərdin? Cavab heç bir an da ləngimədi: “Heç bu haqda fikirləşməyəcəyəm.
Heç nə də axtarmayacağam. Yox, bir tipoloji olanı aşkarla. Boş şeydir. Sadəcə, Vaqifi
çəkəcəyəm, vəssalam”.
1981-
ci ilin sonunda respublika Mədəniyyət Nazirliyi kollegiyasının planlı iclası
keçirildi və burada bir sıra digər məsələlərlə yanaşı “Azərbaycan SSR-in əməkdar
artisti Vaqif Mustafazadənin (ölümündən sonra) 1982-ci ildə ədəbiyyat, incəsənət
və memarlıq sahələri üzrə Dövlət mükafatına təqdim edilməsi” məsələsinə
baxıldı. Lap elə buna görə də çox sağ olsunlar! Doğrudur, etiraf etməliyik ki,
Mustafazadənin ölümündən sonra onun xatirəsinə həsr edilmiş xeyli tədbirlər təşkil
edildi. Bunların sırasına tele və radio verilişlər, caz gecələri, qəzet, jurnal məqalələri
daxildir. Lakin bu yöndə ən önəmli hadisə “Caz-83” Ümumittifaq festivalı oldu.
Tarixində birinci dəfə Xəzər sahillərinə mötəbər bir caz dəstəsi yığışmışdı. Və hətta
baxmayaraq ki, müəyyən qisim iştirakçıların peşəkar səviyyəsi eyni deyildi, Bakıda