200
sovet caz qüvvələrinə baxış baş tutmuşdu. Təkcə məşhurlaşmış adlar yox, həm də
faktiki surətdə bütün caz üslubları burada təqdim olunmuşdular: diksilənddən və
suinqdən tutmuş fyujnə və caz-roka qədər.
Çox işıqlı, kövrəldici alındı bu festival. Burada Vaqifin musiqisi heç səslənmədi,
amma onun gözəgörünməz oluşu və energetikası daim duyuldu. Kim, – qoy bu
olsun Qorskinin “Kvadro”su, qoy bu olsun köhnə bakılı Viktor (Arzu) Hüseynov, qoy
bu olsun Okun, Tınu Naysoo, Valentina Ponomaryova, Kuraşvili, Caparidze, qoy bu
olsun Arif Cahangirovun rəhbərliyi altında “Klub” caz-kvinteti və ya Nazim Quliyevin
Çarx” ansamblı, – nə çaldısa, təkcə yanğı və hörmətlə xatırlamadı Vaqifi, sadəcə
danışmadı Vaqifdən, həm də qəribə şəkildə onun yaradıcılığının əsas cizgisini
təcəssüm elətdirdi: bu o deməkdir ki, Bakı festivalının şahzadəsi lirika və poeziya
oldu. Hətta ən dinamik və impulsiv kompozisiyalarda lirik başlanğıc üstünlük
təşkil edirdi. Martın 18-də moskvalı pianist İqor Nazaruk səhnəyə çıxanda qəfil və
gözlənilməz bir hadisə baş verdi. Caz konsertlərində belə-belə şeylər olmur. Heç
kəs yerindən sıçrayıb qalxmırdı, heç kəs tərpənmirdi, cınqırını da çıxarmırdı, heç kəs
ayağını döşəməyə döyəcləyib takt tutmurdu. Tamaşaçılar sanki donmuşdular: heç
kim bir dəfə də pianoçunun virtuozluğunu, qeyri-adi improvizə dönüşlərini və ya
harmoniya koloritini əl vurub alqışlamadı.
Nazaruk sədaların köməyilə Vaqifin həyatını danışdı. Danışdı bəzək-düzəksiz,
danışdı hisslərə qapılmadan. Danışdı duyduğu, anladığı, gördüyü, eşitdiyi və bildiyi
1982-
ci ildə Vaqif Mustafazadəyə
vəfatından sonra verilmiş diplom