208
Mustafazadə özündən sonra məktəb qoyub getmədi, məktəb yaradıcısı olmadı,
ancaq milli caz üçün ondan da artıq iş gördü –
istiqamət göstərdi
.
Fridrix Nitşe
əbəs bəyan eləməyib ki, “dahi olmaq - istiqamət göstərmək deməkdir”. (Sanki
bizim Vaqif haqqında söylənilib bu fikir.)
Bu və ya digər musiqiçinin nə qədər orijinal, nə qədər görkəmli olduğunu
müəyyənləşdirmək üçün sürəkli bir zaman distansiyası zəruri tələbdir. Bu distansiya
onun yaradıcılığının sənətin ümumi inkişafında yerini və əhəmiyyətini dəqiq
qiymətləndirməkdən ötrüdür. Yalnız seçilmişlər musiqi gələcəyinə yeni istiqamətlər
və yeni cığırlar açıb tarixə düşürlər.
Çox nadir bir haldır ki, novator sənət həm zərif zövqə malik estetləri qane eləsin,
həm peşəkarlara, mütəxəsüsislərə xoş gəlsin, həm də geniş dinləyici kütləsi
tərəfindən hərarətlə qarşılansın, sevilsin.
Bugün Azərbaycanda bir şəhər, bir həyət, bir ev, bir ailə tapmazsan ki, orada Vaqif
Mustafazadəni tanımasınlar, onun musiqisini dinləməsinlər. Bu insan hələ sağlığında
caz peyğəmbəri idi. O elə bir musiqiçi idi ki, onu sağlığında respublikanın milli
sərvəti elan etmək olardı.
Azərbaycanda belə
universal
şəkildə birinci dəfə Üzeyir bəy Hacıbəylini qəbul
eləmişdilər: o bəstəkarı ki, milli peşəkar musiqinin əsaslarını qoymuşdu və onu
keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdi. Bu sənətkardan sonra aydın oldu ki,
Azərbaycan musiqisinin inkişaf yolu Qərb və Şərqin, milli ənənələrin və Avropa
ənənələrinin bir-birilə qovuşmasında, sintezindədir. Vaqifdən sonra bu məsələ
əvvəlkindən heç də az aydınlaşmadı: Azərbaycan cazının inkişaf yolu
caz-muğamın
yoludur, milli musiqi təfəkkürünün Qərb musiqi təfəkkürü ilə aktiv təmasındadır.
Varislər. Müasir caz-muğam
Vaqifin ölümündən otuz il keçib və bir az da artıq. Bu müddətdə o qədər hadisə
baş verib ki, o qədər hadisə bəlkə də əsrlərə, yüzillərə bəs edərdi.
Onun doğma Azərbaycanı azadlıq və dövlət müstəqilliyi qazanıb. Nəinki ucsuz-
bucaqsız bir imperiya, bir ölkə çökdü, hətta adama sarsılmaz görünən ideoloji
bir sistem dağıldı. Dünyada tamamilə başqa siyasi, coğrafi və sosial vəziyyət
əmələ gəldi. Məkan daraldı. Uzaqlıq, xəbərsizlik, məlumatsızlıq duyğusu itdi.
Vaqif Mustafazadə. “Caz kompozisiyaları”
( 2
CD/2010/ Мелодия )