216
İki müəllimin, iki professorun qayğısı ilə Lalə hələ tələbəlik illərində musiqiçi-ifaçıların
VII Zaqafqaziya Müsabiqəsinin laureatı olur. Bir neçə il ötüşüncə isə, artıq 1990-cı
ildə Fransanın Epinal şəhərində keçirilən pianoçuların XIII Beynəlxalq Müsabiqəsində
Qran-prini qazanır.
Lalə üçün, Azərbaycan pianoçuluq sənəti üçün bu önəmli uğurda, əsas
günahkardan” savayı, Lalənin xalası Afaq Əliyevanın, sovet-alman birgə
müəssisəsi “Bakinvest”in və “Paris bakılıları”ı Abutalıbov və Mustafayev ailələrinin
zəruri yaradıcı şəraitin yaradılması baxımından ölçüyə gəlməyən xidmətləri
oldu... Mənim Sovet səfirliyində solo konsertimi də onlar təşkil elədilər ”.
135
Afaq Əliyevanın xatirələri: “Mən necə bacardımsa, öz bacım qızına bu prestijli
müsabiqəyə getməyə kömək göstərdim. Özünüz yaxşı bilirsiniz ki, 90-cı illərin
əvvəllərində ölkədə nələr yaşanırdı. Hər şeyə rəğmən, indiki kimi desək, sponsor
yardımı təşkil elədik və lazımı sənədlərin hazırlanmasında ona əl tutduq. Hər
iş qurtaranda, getdim Laləni yola salmağa və ondan elə oradaca təşəkkür və
minnətdarlıq sözlərini eşitdim: dedi ki, hökmən qələbə çalacaq və baş mükafatla
geri dönəcək. Dəqiq yadımdadır, o belə deyəndə mən bacım qızının bu qətiyyətinə
təəccübləndim, hərçənd daxilən onun bu cür qərarlı, inamlı olmasına sevindim.
Və mən necə də xoşbəxt idim, bir müddətdən sonra ondan zəng gələndə ki, bəs