34
digər musiqi idarələrində mütəmadi olaraq anketləri yoxlayır, günahkarları dindirir,
sinfi düşmənləri” ifşa edirdilər. Bütün bu təftişlər “sıraların təmizlənmə” prosesinə yol
açırdı. Rapmaçılar mətbuat səhifələrində “sinfi düşmənləri”, “proletar düşmənlərini”,
1929-
cu ildən isə “musiqi ziyanvericiləri”ni darmadağın eləyir, “opportunistləri”,
menşevikləri”, “Trotski tərəfdarları”nı, “formalistləri”, “burjua dekadentləri”ni bir-birinə
qatıb suçlayır, qovur, əzirdilər”.
29
Caz və caz ifaçıları proletar
düşüncəsilə yaşayanlar üçün, şübhəsiz ki, “musiqi
ziyanvericiləri” idilər və fəhlə sinfinin incəsənətilə bir araya sığmırdılar. Rapmaçıların
liderləri Aleksandr Davidenko, Viktor Belı, Boris Şexterdən ötrü isə caz söyüş kimi,
gülməcə kimi bir şey hesab olunurdu. İlk baxışda elə təəssürat oyanırdı ki, cazı ya Mü-
asir Musiqi Assosiasiyanın, ya da – Şostakoviçin aqibəti gözləyir, yəni qadağa, təqib və
böhtanlar. Ancaq, hansısa izaholunmaz səbəblərə görə caz yaşadı. Bəlkə ola bilsin ki,
caz hər halda yuxarı partiya instansiyalarında bir o qədər də “düşmən” və “ziyanverici”
qorxusu, təşvişi oyatmırdı, özünə beynəlxalq diqqəti cəlb eləmiş Müasir Musiqi Asso-
siasiyası bəstəkarlarının və ya Şostakoviçin musiqisi isə daha təhlükəli ğörünürdü. Ola
bilərdimi ki, caz partiya bonzalarının təfəkküründə simfonik və ya opera əsərləri kimi
ideoloji təhlükə, ideoloji təxribatla əlaqələndirilməsin? Bəlkə caz əyləncə və istirahət
musiqisi hesab edildiyinə görə ona ciddi yanaşmırdılar? Ciddi yanaşmırdılar ona
görə ki, caz çalınanda fikirləşmirlər, düşünmürlər, yalnız rəqs edib sevinirlər. Bəlkə elə
bu səbəbdən partiya rəhbərləri, bolşeviklərin ideoloji maşını caza və caz ifaçılarına
yuxarıdan aşağı baxırdı? Bütün hallarda fakt bundan ibarətdir ki, partiya rejimi caz
musiqisinə münasibətdə ona xas olan sayıqlıq, zirəklik göstərmədi, cazı öz dəmir-
beton karkaslı ağuşunda boğmadı (yəqin ki, belə vəziyyət proletar mədəniyyətinin
təəssübkeşlərini peşman elədi).
1930-
cu illərdə caz hələ də azad yaradıcılıq adası olaraq qalırdı. Güman ki, buna bir
tərəfdən caz adamlarının hakimiyyətə qarşı mütləq və sadəlövh loyallığı imkan ve-
rirdi: sovet vətəndaşı “caz” sözünü eşidəndə onun yadına ya bəstəkar İshaq Duna-
yevski düşürdü, ya da məmləkətdə son dərəcə populyar “Tea-caz”ın rəhbəri Leonid
Utyosov. Digər tərəfdən “caz” deyiləndə xalqın təsəvvüründə Qriqori Aleksandro-
vun sosial baxımdan optimist, qıvraq, əlvan, caza yaxın musiqilə, şən melodiyalarla
dolu komediyaları (elə götürək Utyosov orkestrilə “Şən uşaqları”) canlanırdı. O biri
tərəfdən isə hamı bilirdi ki, bu komediyalar İosif Vissarionoviçin özü tərəfindən al-
qışlanıb.
Lakin hər şeyin öz vaxtı var. Düz on beş ildən sonra cazın da dəmir-beton “qəfəsə”
düşməyinin zamanı yetişəcək.