40
ulduzu Konstantin Pevznerin rəhbərliyilə “Caz-akkordeon” işləyirdi. Qızıl Ordu və
Hava Donanmasının Mədəniyyət Evi isə 1942-ci ildə yaradılmış, repertuarı patriotik
və lirik mahnılardan, rəqslərdən, kupletlərdən, instrumental pyeslərdən ibarət olan
digər bir caz-orkestrə öz damı altında sığınacaq verir.
Burada bəzi dəqiqləşdirmələr aparmaq gərəkdir: çünki sovet cazının, həqiqətən tarixi
şəxsiyyəti Nikolay Minx xatırlayır ki, “müharibənin ilk günlərində Bakı Hərbi Dairəsinin
Qızıl Ordu Evində “Hava Donanması Cazı” yaradıldı: “Ona V.Belinski rəhbərlik edirdi.
Belinskidən savayı Quliyev və Pevzner də musiqi yazırdılar”.
37
Bunlar eyni kollektivlər
idi, yoxsa Hava Donanmasının Mədəniyyət evinin nəzdində iki fərqli kollektiv çalışırdı?
Bu sualın cavabını tapmaq Azərbaycan cazının gələcək tədqiqatçılarına həvalə olunur.
Bakının caz heyətləri də, eynən digərləri kimi, cəbhələri qarış-qarış gəzir, hər bir
hərbi hissədə konsertlər verirdilər. Tofiq Quliyev deyirdi ki, hər konsertdən sonra
döyüşçülərlə görüşürdük, onlarla çox səmimi ünsiyyət qururduq. Əgər bu cəbhəçilərin
arasında azərbaycanlılar tapılırdısa, onda həməncə ikinci konserti improvizə eləyirdik,
xalq mahnılarını və havacatlarını çalırdıq.
O da maraqlıdır ki, Xəzər Dəniz Donanması Mədəniyyət Evinin Caz Orkestri 1943-cü
ildə İranda konsert verərkən bizimlə həmsərhəd ölkənin bazalarında yerləşdirilmiş
amerikan əskərləri qarşısında da çıxış etmişdi. Bu işin xeyri ikiqat olmuşdu. Əvvəla,
caz diyarından gələnlər bizim caz ifaçılarının ustalığını qiymətləndirmiş, ikincisi isə
onların cazistlərə bağışladığı bir dəstə notların arasında “Günəşli vadinin serenadası”
da var idi.
Əgər izn versəniz, bu bölmənin tamamında müharibə illərinin cazı ilə əlaqədar belə
bir fikir söylərdim:
müharibəyə qədər caz zamanda yaşayırdı, müharibə illərində
isə zaman cazın içində yaşadı.
1948-
ci il Qərarının ərəfəsi
Elə ki müharibə qurtardı, caz müəyyən müddət komfortlu şəraitdə yaşadı. Ameri-
kalılar hələ də bizim müttəfiqlərimiz sayılırdılar, hələ də “Günəşli vadinin serenadası”
öz melodiyaları və Qlen Millerin orkestrilə birgə kinoteatrların ekranlarından yığışdı-
rılmırdı. Və hələ də müasir amerikan musiqisini gizlənmədən, açıq şəkildə ifa etmək
olardı. Caz ifaçılarına daha nə lazım idi... və onlar şəraitdən bol-bol faydalanırdılar.
Odur ki, yaxşı ifaçılar dəstəsi toplamış bir neçə böyük caz kollektivi yaranmışdı. Bun-
Tofiq Quliyev