41
ların sırasında Minxin rəhbərliyilə Leninqrad Radiosunun Caz Orkestri, Knuşevitskinin
rəhbərliyilə Ümumittifaq Radiosunun Estrada Orkestri, “Ermitaj” teatrının nəzdində
Sfasmanın orkestri, Mixail Frumkinin kollektivi, Latsi Olahın caz orkestri, Semyon Sa-
moylovun caz-bəndi, Kinomühəndisləri İnstitutunun nəzdində İsrail Atlasın caz or-
kestri, Aleksandr Şulmanın “Metropol”da çalışan orkestri vardı.
1947-
ci ildə Çindən Oleq Lundstrem qayıtdı: “Bütöv orkestrlə, tam tərkibli biq-bəndlə
(
beş saksofon, beş truba, dörd trombon, fortepiano, kontrabas, gitara, zərb alətləri)
biz Kazan şəhərinə çatdıq. Çox effektli oldu bizim burada görünməyimiz: böyük bir
caz orkestri gəlmişdi, öz alətləri, uniformaları ilə birlikdə”.
38
Müharibədən sonra geniş tərkibli orkestrlərdən əlavə bir çox kiçik ansambllar da
meydana çıxır. Bu balaca ansamblların instrumental və improvizə üçün manevr
etmək imkanları daha artıq idi. Bu heyətlərdə səda koloriti hər bir alətə məxsus
spesifik səslənməni üstələyə bilirdi. Bu cür “balaca” heyətli qruplar sırasına ilk əvvəl
Boris Tixonovun kvartetini, “Sinkopeytors” kvintetini, estonların “Qızıl yeddilik”,
Ritmika” və “Suinq klubu” qruplarını, Leonid Gellerin septetini aid etmək gərəkdir.
Kompakt”, və ya bir az da müasircəsinə desək, “mobil” caz ansamblları ifaçılardan
peşəkarlığın və musiqi formasının dərkinin fərqli bir səviyyəsini tələb edirdilər. Və
haradasa, məhz bu yığcam caz qrupları caz gələcəyinin müjdəçisi oldular.
Müharibədən sonrakı dövrün sovet cazında bir məntiqsizlik, anlaşılmazlıq da
nəzərə çarpırdı. Sovet cazı müharibə illərində caz musiqisində yaşananların ya-
nından sanki sakitcə, yavaşca ötüb keçmişdi və əslində cazın yeni və təzətər ten-
densiyaları içində bugün
müasir cazın birinci üslubu
adlandırılan bir üslubun
formalaşmasını duya bilməmişdi. Əlbəttə ki, söhbət bi-bop haqqındadır.
Caz tənqidçisi Con S.Uilson təsdiqləyir ki, caz haqqında gerçəkdən məlum olan
bir şey varsa, bu da bi-bopun yaranma tarixidir: O, “1941-ci ildə Harlemin “Mintons
pleyhaus” adlanan gecə klubunda doğuldu. Və bunun “günahkarları” Dizzi Gillespi,
Çarli Krisçian, Çarlz Parker və Telonius Monkundur”.
39
Müharibənin sonuna qədər
bop
və onun yaradıcılarının okeanın həm o tayında, həm bu tayında məşhur olmala-
rına baxmayaraq, qəribədir ki, bu qeyri-adi (və təkcə cazda yox, ümumiyyətlə, bütün
musiqidə) hadisə sovet cazına maraqlı heç nə gətirmədi. Burada hələ də “suinq erası”
davam eləyirdi.
Sovet caz tarixində Şulman orkestrinə mühüm yer ayrılır.