75
Bir qədər ötüşüncə, bax, elə bu yüngüllüklə, bu asanlıqla uşaq fortepianoda eşitdiyi
mahnı və muğam melodiyalarını yadda saxlayıb ifa eləyəcək. Zivər xanımın sözlərinə
görə ki, onun nəyisə iki dəfə təkrarlamasına ehtiyac qalmırdı: “Vaqif hər şeyi havada
qavrayırdı, qavrayan kimi də çalırdı”.
52
Düzdür, Vaqifin fenomenal yaddaşının öz qüsuru da vardı. Bu qüsur özünü gələcəkdə
göstərəcək. Məlum olacaq ki, Vaqifin yaddaşı ona “icazə verir” ki, o çaldığı pyes və
kompozisiyaların hamısını beynində saxlayıb mühafizə eləsin; və bu yaddaş Vaqifə
icazə verir” ki, mövzu və melodiyaların nota köçürülməsindən boyun qaçırsın; “icazə
verir” tarixin arxivləri üçün nələrinsə əbədi itirilməsinə; o şeylərin itirilməsinə ki, bugün
çap oluna bilərdi, caz külliyyatına daxil edilə bilərdi, caz dərsliklərinə düşə bilərdi. (Yeri
gəlmişkən, gələcək nəsillər üçün orijinal musiqi irsinin müəyyən hissəsinin itirilməsi
caz ifaçısının yaradıcılıq aqibətinin əlamətidir. Nədən ki, impulsivlik və gözlənilməzlik
caz musiqisində rasional qeydlərdən və notlaşdırmadan həmişə üstündür.)
Zivər xanımın yaddaşında daha bir xatirə özünə yer tapıb yaşayır: “Heç unutmaram,
üç yaşı vardı Vaqifin, yaxınlaşdı alətə, qapağını qaldırdı. Və həmin gündən etibarən o,
saatlarla əyləşərdi fortepianonun arxasında, elə hey nəyisə dınqıldadardı, nəsə çalar-
dı. Özü də mən heç başa düşə bilmirdim ki, absolyut qulaq yaddaşına malik bir uşaq
nə üçün hər şeyi başqa cür çalır, başqalaşdırıb çalır. Bizə kim gəlirdisə, bu və ya o biri
mövzunu, mahnını əlüstü tanıyırdı, lakin təəccüblənirdi ki, Vaqifin barmaqları altında
bu necə qəribə və qeyri-adi səslənir”.
53
Təkcə anasının çaldığını yox, eşitdiyi (əksərən radiodan) hər bir əsəri öz qulaq yaddaşı-
na arxalanıb həməncə olduğu kimi fortepianoda yığmaq bacarığı dünyanı görə-görə
gəlmiş ustad professor və musiqiçilərə belə bərk təsir eləyirdi. Bir dəfə nə cür olursa,
səkkiz yaşlı oğlanın ifasını maestro Niyazi eşidir və uzun müddət bundan heyrancası-
na danışır. Azyaşlı bir uşağın tanış musiqini tamam qeyri-adi bir tərzdə ifa etməsinin
özü də Niyazini yamanca duyğulandırır. Lakin maestronu heyrətləndirən təkcə bu
deyildi: o, mat qalmışdı ki, bu balaca məktəbli müxtəlif registrli çoxsəsli akkordları
fortepianoda necə götürə bilir. Dahi Niyazi yəqin ilk adam idi ki, Mustafazadənin
bənzərsiz istedadını görüb ona uğurlu musiqi taleyi yaşayacağını söyləmişdi.
O məqamda bizim maestronun sözləri mənim üçün çox vacib və gərəkli oldu. On-
lardan sonra mənim bütün şübhələrim əriyib buxarlandı: çünki mən artıq dəqiq bilir-
dim mənim oğlum kim olacaq və nə üçün mən bütün varlığımla özümü onun musiqi
tərbiyəsinə həsr etməliyəm”.
54