412
Beynəlxalq əməkdaşlıq
Heydər Əliyev Fondunun ABŞ-dakı
nümayəndəliyi
2008-
ci ilin avqustun-
da fəaliyyətə başlamışdır. Həmin ilin
avqustunda Kanadanın Niaqara-on-ze-
Leyk (Niagara-on-the-Lake) şəhərində
keçirilən Niaqara Beynəlxalq Kamera
Musiqisi Festivalı çərçivəsində nü-
mayəndəliyin dəstəyi ilə Azərbaycan
muğamına həsr edilmiş təqdimat və
konsert keçirilmişdir. Festival çərçivə-
sində Azərbaycan muğam üçlüyünün və
kanadalı musiqiçilərin iştirakı ilə böyük
konsert proqramı təşkil olunmuşdur.
Konsertdə Üzeyir Hacıbəylinin, Tofiq Qu-
liyevin mahnıları, “Qarabağ şikəstəsi” və
digər musiqi əsərləri səsləndirilmişdir.
Heydər Əliyev Fondu Dünya Elekt-
ron Kitabxanası təşəbbüsünə qoşulmaq
məqsədilə 2009-cu ildə ABŞ Konqresi-
nin kitabxanası ilə əməkdaşlığa başla-
mışdır. Əməkdaşlıq çərçivəsində Azər-
baycanda genişspektrli fiziki və elektron
kitabxananın yaradılması, Konqresin ki-
tabxanası tərəfindən lazımi texniki dəstə-
yin təmin edilməsi, Azərbaycana məxsus
olan çox nadir sənədlərin və nəşrlərin
dünya ictimaiyyətinə təqdim olunması
layihəsinin həyata keçirilməsi nəzərdə
tutulur. Kitabxananın yaradılmasında
məqsəd müxtəlif xalqlara məxsus əlyaz-
maları, nadir kitabları, xəritələri, yazıları,
filmləri, fotoları, memarlıq xəritələrini və
başqa önəmli mədəni resursları internet-
də ödənişsiz, çoxdilli formatda dünyaya
açıq təqdim etməkdir.