8
dildə yazılıb: oğluna münasibətdə incə yumoru
və həlimliyi bütün əsərə nüfuz edir və intim bir
ahəngdə müəllif ilə şəxsi söhbət illuziyası yaradır.
Kitabı oxuyarkən, sanki bu qarşılıqlı münasibətlərə
nüfuz edirsən və müəllifə, onun öyüd-nəsihətlərinə
diqqət kəsilirsən. “Qocalıqda cavanlıq eşqinə
düşən, məğlubiyyət zamanı şeypur çalana oxşar…”
Əgər birindən xoşun gəlsə, ürəyinə salıb onun
haqqında fikirləşmə... Bil, bir saatlıq vüsal bir illik
ayrılıq oduna yanmağa dəyməz. Aşiqlik şirin olsa
da, başdan-ayağa məşəqqət, ürək ağrısı, iztirab və
əziyyətdir” – demək olar ki, on əsr əvvəl müəllif
Ünsürülməali tərəfindən yazılmış bu sətirlər
bizi aldatmayacaq. Müəllifin fikrincə yaxşı işlər -
bol sədəqə vermək, yetimlərə və dul qadınlara
qayğı göstərmək, əməksevərliyi tərənnüm etmək