9
və tənbəlliyi qınamaq, ədaləti tərif etmək, səbir
və təmkinlilik aşılamaq, elmi və alimləri uca
tutmaqdır”. Kitabda mənəvi dəyərlər və nəsihətlər
müxtəlif hekayələr və ailə ənənələrindən nümunələr
vasitəsilə oxucuya çatdırılır. Bəzən, hekayələrdəki
bu və ya digər fikri təsdiqləmək üçün şeirlərə
müraciət edilir. “Qabusnamə” ictimai, ailə-məişət
münasibətlərindən tutmuş, təhsil almaq, elm və
sənət öyrənmək, adət-ənənələr haqqında nəsihətlər
verir.
Qabusnamə” əsrin qabaqcıl fikirlərini əks etdirir,
çünki humanizm və mənəvi təmizlik bu əsərə öz
təsirini göstərir. O, orta əsr Şərq ədəbiyyatında
özünə məxsus yer tutur. Ünsürülməalidən sonra
bu janr dahi Azərbaycan şairi Nizaminin “Yeddi
Gözəl” (XII əsr) poemasında, Cəlaləddin Ruminin