102
Qul alsan, çox ayıq ol. Adam almaq çox çətin bir elmdir. Qul var ki,
yaxşı görünər, lakin elm gözü ilə baxdıqda əksi olar. Adamların çoxu
elə güman edir ki, qul almaq da başqa alver kimidir, lakin bilməzlər
ki, qul almaq da fəlsəfə kimi bir elmdir. Tanımadığı malı alan adam
məğmun olar, adamı tanımaq isə ən çətin məsələdir, çünki adamların
mənfi və müsbət xüsusiyyətləri çoxdur. Elə eyib var ki, onu örtmək
üçün yüz müsbət xüsusiyyət lazım olar, elə müsbət cəhət də var ki,
yüz eybi örtməyə kifayət edər.
QUL ALMAQ VƏ ONUN
ŞƏRTLƏRİ HAQQINDA
QUL ALMAQ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA
23