103
Adamı yalnız elmi fərasət
66
və təcrübədən başqa heç bir şeylə
tanımaq olmaz. Elmi fərasət isə bütünlükdə peyğəmbərliyə daxildir,
onu ən kamil şəkildə peyğəmbərlərdən başqa heç kəs bilə-bilməz.
Yalnız peyğəmbər öz fərasəti ilə adamın pis və yaxşı cəhətini təyin
edə bilər. Lakin buna baxmayaraq, öz bildiklərimdən, özgələrindən
eşitdiklərimdən istifadə edib, qul almaq şərtlərindən sənə danışmaq
istəyirəm.
Bil ki, qul almaqda üç şərt var: birincisi, fərasət vasitəsi ilə zahiri,
daxili eyib və hünərlərini aşkara çıxarmaq; ikincisi, zahiri əlamətlərə
görə xarici və daxili xəstəlikləri təyin etmək; üçüncü, cinsləri
tanımaq və onların müsbət və mənfi cəhətini müəyyən etmək.
Fərasətin şərti odur ki, alarkən yaxşı fikirləşəsən. Qulların iki
cür müştərisi olar: biri onun üzünə baxar, lakin bədəninə, əl-qoluna
baxmaz; biri üzünə baxmaz, qalan yerlərinə baxar, incə, gözəl,
ya ətli-yağlı olduğunu istər. Lakin kim sənin quluna baxsa, əvvəl
üzünə, sonra qalan yerlərinə nəzər salar. Deməli, yaxşı olar ki, üzü
gözəli seçəsən, çünki sən özün də həmişə onun üzünü görəcəksən.
Demək, əvvəlcə onun gözlərinə və qaşlarına, sonra burnuna, sonra
iki dodağına və dişlərinə, daha sonra isə tüklərinə bax. Böyük və
cəlallı Allah insanın bütün gözəlliyini qaş-gözdə, zərifliyini burunda,
şirinliyini dodaq və dişlərdə, təravətini üzün dərisində yaratmışdır,
başın tükünü isə bütün bunların bəzəyi etmişdir.
Bundan sonra qalan yerlərinə bax. Əgər qaş-gözdə gözəllik,
burunda zəriflik, dodaq və dişlərdə şirinlik, dəridə təmizlik varsa, o
qulu al, bədəninə, əl-qoluna fikir vermə. Bunların heç biri yoxdursa,
onda məlahətli olmalıdır. Mənim əqidəmə görə, gözəlliyi olmayan
məlahət məlahəti olmayan gözəllikdən yaxşıdır.
Demişəm, qulu hansı iş üçün alırsan al, gərək o, hər şeydə:
uzunluq-gödəklikdə, köklük-arıqlıqda, ağlıq-
qırmızılıqda, yekəpərlik və naziklikdə,
boyunun yoğun və incəliyində, saçın cod və
yumşaqlığında mütənasib olsun. O, girdə dallı,
yumşaq ətli, gözəl qamətli, hamar dərili, sümüyü
düz, saçı qəhvəyi, qaragöz, enliqaş, nazikburun,
QUL ALMAQ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA